Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Loreen İctimai Palataya üzv oldu – ŞOK XƏBƏR

with 2 comments

Loreen / Wikimedia

Avroviziya 2012 mahnı müsabiqəsinin isveçli qalibi Lorin Təlhavi (Loreen Talhaoui) İctimai Palataya üzv olub. Bu barədə Lorin 15 iyun tarixində öz Facebook profilində xəbər yayıb.

Lorinin status yenilənməsində deyilir:

Mən Bakıda olanda çıxışıma hazırlaşmaqdan əlavə, həm də insan haqları təşkilatlarına getdim, azərbaycanlı hüquq müdafiəçiləri ilə görüşdüm. Orada dəhşətli faktlarla tanış oldum, hekayələr eşitdim. Bu rejim Avroviziyanı keçirmək üçün konsert zalı tikərkən insanları heç nə vermədən evlərindən çölə atıb. Bu, doğrudan da hörmətsizlikdir. Mən ümid edirdim ki, Avroviziyadan sonra onların vəziyyəti yaxşılaşacaq. Amma indi biz bunun əksini görürük. Görüşdüyümüz cəsur insan hüquq müdafiəçilərindən biri Mehman Hüseynov xuliqanlıqda günahlandırılır, 5 illik həbs oluna bilər.

Ona görə də qərara almışam ki, Azərbaycandakı rejim ilə mübarizəmi bundan sonra İctimai Palatanın sıralarında davam etdirim.

Loreen həm də İctimai Palatanın İsveç şöbəsini yaradacağını bildirib və qeyd edib ki, İsveçin nüfuslu dövlət xadimlərindən bəziləri artıq bu şöbəyə üzv olmaq istəklərini dilə gətiriblər.

İctimai Palata və ümumilikdə ictimai sektor by xəbəri böyük çoşqu ilə qarşılayıb. Facebook və Twitter sosial şəbəkələrində azərbaycanlı istifadəçilər Lorini bu cəsarətli addımına görə alqışlayırlar.

İctimai Palatanın koordinasiya şurasının adının çəkilməsini istəməyən üzvü isə AzQosKomediyaya eksklüziv açıqlamasında deyib ki, İsa Qəmbər və Əli Kərimli müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Lorinə xalq artisti adının verilməsi barədə artıq razılığa da gəliblər. Sadəcə bəzi obyektiv və subyektiv səbəblərdən qərar gizli saxlanılır.

Xatıladaq ki, əslən cənubi Mərakeşdən olan Lorin Təlhavi 1983-cü ildə Stokholmda dünyaya göz açıb. O, 2012-ci ilin mayında Avroviziya mahnı müsabiqəsində İsveçi təmsil edib və “Eyforiya” adlı mahnı ilə qalib olub.

Bakıda olarkən Lorin bir sıra hüquq müdafiəçiləri ilə görüşmüş, “Demokratiya naminə oxu!” kampaniyası ilə maraqlanmışdı. Bu səbəbdən Azərbaycan hökuməti müsabiqənin təşkilatçısı olan Avropa Teleyayım İttifaqına Lorin barədə şikayət etmişdi.

Advertisements

2 Cavab

Subscribe to comments with RSS.

  1. yaxsi basib bagliyirsiza, turkun meseli adamin ruhu incimir ))

    Abdulla Arslan

    İyun 16, 2012 at 7:13 axşam

  2. vahid namized meselesi IP-in sonun getirecek, Lorenin xalq artisti olmaqa ise hec ehtiyaci yoxdur.hec olmasa ozunuzu biyabir elemeyin, sizin xalq artistleri Aygun Kazimovalar kimisi deyil?

    demokrat

    İyun 16, 2012 at 7:39 axşam


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: