Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Azərbaycan hökuməti inqilab etmək qərarı verdi – EKSKLÜZİV

with 6 comments

Rüşvət və konvertdən kəsilən məmurların ayağa qalxması gözlənilir

Azərbaycan hökuməti özünün növbədənkənar iclasında ölkədə təcili sürətdə inqilab etmək barədə yekdil qərar qəbul edib. Müvafiq icra orqanlarına inzibati resurslar hesabına olsa belə, Azadlıq meydanını doldurmaq əmr olunub.

Azərbaycanda inqilabi situasiya yaratmaq və çevrilişə nail olmaq üçün Nazirlər Kabinetinə bütün lazımi tədbirlər görmək həvalə olunub, inqilabın koordinasiyası üçün Siyasi İnnovasiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun rəhbərliyi ilə xüsusi qərargah da yaradılıb.

AzQosKomediyaya eksklüziv açıqlamasında Mübariz Əhmədoğlu hökumətin inqilab qərarını onunla izah edib ki, Ermənistanda vəziyyət gərginləşməkdədir və bədnam qonşularımız hər an inqilab edə bilər. Bu məqsədlə də Azərbaycan hökuməti erməniləri qabaqlamaq barədə strateji qərar qəbul edib.

“Biz oturub Azərbaycanda müxalifətin və ya xarici qüvvələrin inqilab etməyini gözləsək, Ermənistanla rəqabəti uduza bilərik. Bu həm qiymətli vaxt itkisidir, həm də reallaşması olduqca dumanlı perspektivdir. Apardığımız araşdırmalar göstərir ki, Yaxın və Orta Şərqi bürüyən inqilab dalğasının Azərbaycana təbii yolla gəlib çatmasına hələ çox var. Bunun üçün də hökumət dərhal məsələyə müdaxilə etməlidir.”

Mübariz Əhmədoğlu inqilabın reseptini açmasa da, bildirib ki, inqilabi proseslər tam şəffaflıq şəraitində və beynəlxalq müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək.

Adının çəkilməsini istəməyən hökumətə yaxın mənbədən aldığımız məlumata görə isə inqilabın resepti olduqca sadədir və son günlər ölkədə korrupsiyaya qarşı aparılan kampaniya bunun əsas komponentidir.

“Rüşvət ala bilməyən və konvertlərdən məhrum olan məmurlar özləri də bilmədən təxribata çəkilir və onlar arasında süni surətdə narazılıq yaradılır. Qəzəbli məmur, müəllim, həkim kütləsinin Azadlıq meydanına toplaşmasına çox az qalıb. Əgər heç kim ayağa qalxmasa belə, inzibati resurslar hesabına meydanı doldurmaq tapşırığı verilib.”

Hadisələrin sonrakı gedişatı haqqında xəbərsiz olduğunu deyən mənbənin sözlərinə görə inqilabi qərargah detallar üzərində işi hələ tam başa çatdırmayıb.

“Bir onu deyə bilərəm ki, bu, Tunisdəki, Misirdəki hadisələrə heç bənzəməyəcək. Bu, analoqu olmayan inqilab olacaq.”

Advertisements

Written by Ali S. Novruzov

Fevral 18, 2011 11:45 axşam

Kateqoriya:Məqalələr

Tagged with ,

6 Cavab

Subscribe to comments with RSS.

  1. Men teklif edirem Yeni bir herekat yaradilsin “analoqu olmayan” herekat, herekatin brendi yapun emblemi olsun ama emblemin ustunde iki bayqush shekli eks olunsun..Hemchinin manifeste Nushirevan ve Beyqushlarin sohbeti hekayesini atsinlar..bele olsa analogu olmayan inqilab bash tutmasi ehtimalina 100 faiz inanaram

    Huseyn

    Fevral 19, 2011 at 8:47 səhər

  2. Azərbaycansayağı inqilab.Deyəsən Beynəlxalq münasibətlərdə yeni model yaranacaq. Rüşvət üçün inqilab ) Sağ ol Ali çox maraqlı idi.

    Ilaha Hajiyeva

    Fevral 19, 2011 at 9:32 səhər

  3. Bunun üçün aldığımız məlumatlara görə bütün politoloqlara yeni yeni şüarlar yazmaq tapşırılıb…Ən son məlumatlara görə isə artiq İrəvanda hadisələr qızışmaqa başlayıb…Bizdə hava soyuqdur amma…

    Etibar

    Fevral 19, 2011 at 4:26 axşam

  4. Sevirəm də bu bloqu! 😀
    Siyasi innovasiyalar mərkəzindən şəffaf inqilab 😀 creative)))

    Ayuk

    Fevral 19, 2011 at 8:38 axşam

  5. Belke Kulekler sheherine bir seriya kimi cekmek istirler )) Ferli bashli senari , aktyor tapa bilmeyibler indi mitingi cekmek istirler…Adini da ingilab qoyuurlar. Ne qeder guldum.. Cox maraqli letife idi.. Cox sagolun )))

    Virus

    Fevral 20, 2011 at 4:58 səhər

  6. :))) Allah bilir neçənci dəfədir bunları bir-bir oxuyub gülürəm.
    Yenilərini böyük səbrlə gözləyirəm

    murad

    May 4, 2011 at 1:56 axşam


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: