Komediyalar Aləminə Səyahət

"AzQosKomediya" İstehsalat Birliyi

Parlament toplaşmaq azadlığı haqqında yeni qanun qəbul etdi

with 2 comments

Milli Məclis bundan sonra iclaslarını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalı olacaq.

İyunun 18-də parlamentin növbədənkənar iclasında «Toplaşmaq azadlığı haqqında» qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Bu qanun qüvvəyə minəndən sonra Milli Məclis və onun tərkibində fəaliyyət göstərən komitələr öz iclaslarını keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə almalı olacaqlar.

Qanun layihəsinin müəllifi, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib ki, məqsəd vətəndaşların istirahət hüququnu təmin etmək və onların həyat və iş fəaliyyətlərinə maneçilik törətməməkdir.

Məsələyə münasibətini bildirən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib ki, şəhərin mərkəzində kütləvi aksiyaların keçirilməsinə icazə verilmir, lakin parlamentin gördüyü işlərin müstəsna əhəmiyyətini nəzərə alaraq deputatlara şəhərin mərkəzində toplaşmağa icazə vermək olar.

Advertisements

Written by Ali S. Novruzov

İyun 18, 2010 4:35 axşam

Kateqoriya:Məqalələr

Tagged with ,

2 Cavab

Subscribe to comments with RSS.

  1. Hacıbalanın son sözləri nə deməkdir? 🙂

    ORG

    İyun 18, 2010 at 7:25 axşam

  2. Qanun bir biabırçılıq, İcra başçısının bəyanatı ikinci biabırçılıq. “şəhərin mərkəzində kütləvi aksiyaların keçirilməsinə icazə verilmir, lakin parlamentin gördüyü işlərin müstəsna əhəmiyyətini nəzərə alaraq deputatlara şəhərin mərkəzində toplaşmağa icazə vermək olar”. Bunu nəinki, qəbul etmək heç düşünmək mümkün deyil. Utandım oxuyanda. Üzüm qızardı, qəribə hiss edirəm yanaqlarımı )) Ayıb olsun bizə!

    Murad Nasibbeyli

    Noyabr 10, 2011 at 9:49 səhər


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: